Ukrayna və Maldiv MSK-larının üzvləri seçki prosesi barədə MƏLUMATLANDIRILIB

Ukrayna və Maldiv MSK-larının üzvləri seçki prosesi barədə MƏLUMATLANDIRILIB

Hazırda oxunan: Ukrayna və Maldiv MSK-larının üzvləri seçki prosesi barədə MƏLUMATLANDIRILIB

176736

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 5-də Maldiv və Ukrayna Mərkəzi Seçki komissiyalarının üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, MSK sədri çıxışında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini diqqətə çatdırıb.

M.Pənahov, eyni zamanda, ölkədə 6 milyondan çox vətəndaşın seçkilərdə iştirak edəcəyini vurğulayıb. O, prezident seçkilərində 7 namizədin mübarizə aparacağını bildirib. Eyni zamanda, qeyd edilib ki, seçkilərlə bağlı yaradılan məntəqələrdə 1000 veb-kamera quraşdırılıb. Bu, bütün ölkə ərazisini əhatə edir və səsvermənin gedişini xaricdən də izləmək mümkün olacaq. MSK sədri seçkiləri müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini vurğulayıb.

Maldiv Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini İsmail Habeeb Abdul Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını bildirib. O, səsvermənin gedişinin veb-kameralar vasitəsilə izlənilməsinin çox böyük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, seçki prosesi, xüsusilə prezident seçkiləri çox çətin prosesdir və bu prosesdə təcrübə mübadiləsi mütləqdir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Serhii Serzhan seçkiləri izləmək üçün onlara yaradılan imkana görə təşəkkürünü ifadə edib. Təcrübələrdən öyrənməyin əhəmiyyətini vurğulayan ukraynalı qonaq seçki prosesində qanunvericiliyin tələblərinə riayət edilməsinin, şəffaflığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO