"Reuters" agentliyinin yaydığı bir reportajda Ermənistan tərəfdən xarici ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiqlənib.
Bizim Media-nın məlumatına görə, məqalədə Livan vətəndaşlarının Ermənistandakı döyüşlərə cəlb edilməsindən bəhs edilir.
Livandan olan ermənilərin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. "Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar" - deyə agentliyin yazısında bildirilir.
Qeyd olunur ki, Livanda 140 min erməni yaşayır. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.
Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri də Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır. Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.
Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni Ermənistana gedib.
Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.
Bizim Media
- A-
- A
- A+
Siyasət
21:54 / 01.11.2020
Ermənistan tərəfdən müharibədə Livan vətəndaşları döyüşür
Hazırda oxunan: Ermənistan tərəfdən müharibədə Livan vətəndaşları döyüşür
Hazırda oxunan: Ermənistan tərəfdən müharibədə Livan vətəndaşları döyüşür
1765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.