“Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq.
Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir”.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidneti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşündə belə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Biz tərəfdaş ölkələrdən elə texnika almışıq ki,...” - İlham Əliyev
İlham Əliyev söyləyib ki, bunu Minsk qrupuna həmsədrlik edən ölkələr təşkil ediblər.
“Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr. Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq.
Bu ölkələrə kömək etmişik. Həm maliyyə yardımı etmişik, humanitar yardım etmişik. COVİD-19-la bağlı 30-dan çox ölkəyə humanitar yardımı göstərmişik.
Onlar da öz növbəsində bizə dəstək verdilər. Düzdür hər hansı bir qətnamə qəbul olunsa idi belə bizi dayandıra bilməzdilər. Heç kim və heç nə bizi dayandıra bilməzdi”.
Bizim.Media