“AXC-Müsavat cütlüyünün xəyanətkarlığı nəticəsinbdə Şuşa əldən getdi. Çünki onlar üçün əsas məsələ hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt Müdafiə naziri onların adamı idi. Hansı ki, o vaxt söz vermişdi ki, Şuşa əldən getsə başına güllə çaxacaq. Bu günə qədər o orada-burada sülənir tula kimi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidneti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Şuşanı azad edəndən sonra “İskəndər- M”dən istifadə edilib” - Prezident - VİDEO
Dövlət başçısı bildirib ki, o vaxt faktiki hakimiyyət AXC və Müsavatın əlində idi:
“Onlar Şuşa və Laçını təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər. Və buna nail oldular. Bundan 1 ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər”.
Bizim.Media