Delimitasiyanın 6-cı iclası: Hansı mövzular MÜZAKİRƏ OLUNUB?

Delimitasiyanın 6-cı iclası: Hansı mövzular MÜZAKİRƏ OLUNUB?

Hazırda oxunan: Delimitasiyanın 6-cı iclası: Hansı mövzular MÜZAKİRƏ OLUNUB?

176058

Yanvarın 31-də Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə dövlət komissiyasının altıncı iclası keçirilib. Torpaqları azad etdikdən sonra Azərbaycan ilk növbədə Cənub-Qərbi Azərbaycanla Cənubi Ermənistanın təmas zonalarında sərhədlərin delimitasiyası məsələsini qaldırıb.

Bizim.Media "Qafqaz bürosu" Telegram kanalına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası məsələsinə aşağıdakılar daxil edilib:

1. Şərqi Zəngəzur (Azərbaycan) və Qərbi Zəngəzurdakı (Sünik, Ermənistan) sərhəd məntəqələrinə dair suallar.

2. Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsi boyunca yerləşən anklav kəndlərinin məsələsi.

3. 2018-ci il “Günnüt” əməliyyatından sonra Naxçıvan ərazisində qalan erməni postları məsələsi. 

Delimitasiya məsələlərində isə Azərbaycan aşağıdakıları tələb edib:

1. Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq hüquq əsasında tam bərpası.

2. 30 ildir ərazisi işğal altında olan Azərbaycan Ermənistanın hər hansı iddiasını neytrallaşdırmaq üçün delimitasiya məsələsində ən xırda detala belə maksimum diqqət etmək.

Görüşdə Ermənistan Azərbaycanı ərazisinə hücumda və ərazi bütövlüyünü pozmaqda ittiham edib. Lakin fakt budur ki, SSRİ-nin dağılması ilə Azərbaycan Ermənistan Respublikasının heç bir yaşayış məntəqəsini işğal etməyib.
Qeyd edək ki, Ermənistan bu cür ittihamları Azərbaycana yönəltməklə 30 illik təcavüzünü minimuma endirmək istəyir. Bu cür ritorika isə hazırda Azərbaycanın xeyrinədir, çünki Ermənistan indi Azərbaycana ərazi iddialarından çox, öz ərazi bütövlüyü məsələsinə diqqət yetirir.

Beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin birgə yaşayışını təmin edən sülh müqaviləsi delimitasiya danışıqlarının məntiqi nəticəsi olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO