Paşinyanın “hücum etməmək haqqında” pakt təklifi NƏYƏ HESABLANIB? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Paşinyanın “hücum etməmək haqqında” pakt təklifi NƏYƏ HESABLANIB? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

Hazırda oxunan: Paşinyanın “hücum etməmək haqqında” pakt təklifi NƏYƏ HESABLANIB? – Tofiq Zülfüqarovun ŞƏRHİ 

175649

Ermənistan sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət edib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ordu Gününə həsr olunmuş çıxışında deyib: 

"Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub".

Paşinyan həmçinin bildirib ki, heç nəyə baxmayaraq, sülh gündəliyinə sadiq olacaq. Bəs, Paşinyanın təklif etdiyi "hücum etməmək haqqında" pakt nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ermənistan baş nazirinin pakt təklifi dünya ictimaiyyətinə guya özlərinin “Azərbaycanın qurbanı” olduqlarını göstərmək cəhdidir:

“Əslində Paşinyanın “hücum etməmək haqqında” paktı ortaya atmaqda məqsədi dünyaya guya ölkəsinin “Azərbaycanın qurbanı” olduğunu göstərməkdir. O, məhz həmin fikri təsbit etmək üçün də bu cür təkliflərlə çıxış edir. 

Ondan öncə tərəflərin sərhəd boyunca qoşunlarının geri çəkilməsi, silahlara nəzarət mexanizminin tətbiq edilməsini təklif edib. İrəvan danışıqlarda da vasitəçilərlə qoşulmağın tərəfdarı kimi çıxış edir. Düşünürəm ki, bu təklif Paşinyandan gələn heç də sonuncu təklif olmayacaq. Ardını gözləyək görək nə olacaq”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO