Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ

Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ

Hazırda oxunan: Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi TƏSDİQLƏNDİ

174620

Nazirlər Kabinetində Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib:

Kollegiyanın sədri

Elm və təhsil naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO