Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq İNKİŞAF ETDİRİLƏCƏK

Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq İNKİŞAF ETDİRİLƏCƏK

Hazırda oxunan: Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq İNKİŞAF ETDİRİLƏCƏK

173882

Yanvarın 17-də Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların diqqətinə çatdırıb. V.Mustafayev dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs edib.

Görüşdə Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb.

C.S.Tüfekçi öz növbəsində V.Mustafayevi müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini qardaş ölkə olaraq Azərbaycanın müdafiə sənayesi sahəsinin daha da inkişafı üçün lazım olan dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO