Qərbdə LİDER BÖHRANI - Əsl siyasətçilər gedir, təsadüfi adamlar hakimiyyətə GƏLİR...

Qərbdə LİDER BÖHRANI - Əsl siyasətçilər gedir, təsadüfi adamlar hakimiyyətə GƏLİR...

Hazırda oxunan: Qərbdə LİDER BÖHRANI - Əsl siyasətçilər gedir, təsadüfi adamlar hakimiyyətə GƏLİR...

173507

2024-cü il “seçkilər ili”dir. Bu il dünyanın bir sıra ölkələrində prezident seçkiləri keçiriləcək. İlin sonunda yəqin ki, yeni liderlərin siyasi arenaya gəlişinə şahidlik edəcəyik. Başqa cür də ola bilməz. Çünki Qərbdə böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən tədricən çəkilir. Onları isə təsadüfi adamlar – populistlər və demaqoqlar əvəz edir. 

Məsələn, ABŞ-ın indiki prezidenti Co Bayden nəinki ata Çorc Buşla, heç oğul Corc Buşla müqayisəyə gəlmir. Və yaxud, Almaniyanın indiki kansleri Olaf Şoltsu Angela Merkellə hec cür müqayisə etmək olmur. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın rəngarəngləşən HÖKUMƏTİ… - Makron niyə cinsi azlıqları ətrafına TOPLAYIR?


Həmçinin Böyük Britaniyanın indiki baş naziri Rişi Sunak “dəmir ledi”- Marqaret Tetçerlə, Fransa prezidenti Emmanuel Makron Jak Şirakla heç bir müqayisəyə gəlmir. 

İndiki liderlər təkcə milli xüsusiyyətinə görə yox, həm də siyasi və fizioloji orientasiyasına görə sələflərindən çox-çox fərqlənirlər. Hazırkı Qərb liderləri sanki siyasi “marionetka”dırlar. Heç bir müsbət fərdi keyfiyyətləri ilə seçilmirlər. Onlar iş görmək əvəzinə ancaq danışırlar. 

Bəs, Qərbin siyasi olimpində baş verən deqradasiya nəylə bağlıdır? 

Bu hər şeydən əvvəl maliyyə təmərküzləşməsi ilə bağlıdır. Yəni bu gün Qərbdə ağıllı, demokratik fikirli siyasi müdriklər yox, məhz kapital hökm edir, pul qalib gəlir. Necə deyərlər, hazırda Qərbdə pulun aça bilməyəcəyi qapı yoxdur. Ona görə də əminliklə deyə bilərik ki, Qərbdə siyasətçilər milyarderlərin və beynəlxalq fondların pul kisəsindən asılıdırlar. 

Pul sahibi olan adamlarsa siyasi cəhətdən yetkin, azadfikirli şəxslərin hakimiyyətə gəlməsini istəmir. Çünki ağıllı adamlar həm də vicdanlı olur. Vicdanlı adamlarısa idarə eləmək çox çətindir.

Ona görə milyarderlər və beynəlxalq fondlar öz var-dövlətlərinin təhlükəsizliyini təmin etmək və daha böyük sərvət toplamaq üçün siyasi texnologiya hazırlayıblar.

Bu siyasi texnologiyaya əsasən iradəsiz, mövqesiz və rahat idarə olunan adamları siyasi olimpin zirvəsinə qaldırılır. 

Ümumiyyətlə, Qərbdə menecmentlik və imicmeykerlik çox yüksək səviyyədə inkişaf edib. Ən qısa zamanda istənilən birisini ABŞ, Fransa və yaxud Almaniyanın “nömrə 1” siyasətçisinə çevirmək olur. Lakin 30 il əvvəl həm texnologiyalar bu qədər inkişaf etməmişdi, həm də iş adamları siyasətdən maksimum dərəcədə uzaq qaçırdı. 

Lakin bu gün reallıq başqadır. 

Nəhəng kapitala sahib olan iş adamları bu gün təkcə vergi ödəmir, həm də ödədiyi verginin xərclənən hissəsinin hesabatını tələb edir. Beləcə, dövlətlər iri iş adamlarından birbaşa və yaxud dolayısı ilə asılı vəziyyətə düşürlər. 

Məsələn, İlon Maskın sərvəti ABŞ-ın illik Dövlət Büdcəsinin təxminən 10 faizi qədərdir. Bu da o deməkdir ki, ABŞ-ın Dövlət Büdcəsinin formalaşmasında İlon Maskın xüsusi rolu var. Ona görə də maskkimilər siyasi iddiada olmasalar da dövlətin idarə olunmasında bilavasitə iştirak edirlər. 

Onlar buna sadəcə məcburdurlar. Çünki İlon Maskın şirkətlərinin dünyanın əksər ölkələrində nümayəndəlikləri var. Məhz həmin nümayəndəliklərdən Amerikaya hər il milyardlarla dollar vəsait gəlir. Bu vəsaitin gəlişinin dayanmaması və daha da böyüməsi üçün maskkimilər iqtidara onlara sərf edəcək bir liderin gəlməsini istəyirlər. Buna da nail olurlar. 

Məsələn, Donald Trampın və yaxud Co Baydenin necə prezident seçildiyinə hələ də əksər sadə amerikalılar inana bilmir. Hətta uzun illər müzakirələr getdi ki, Trampı Rusiya prezident seçdirib.

Bayden haqqında isə başqa cür fikirlər səsləndirirlər. Amma reallıqda isə Trampı Corc Sorosla, Co Baydeni Bill Qeytslə bağlayırlar. 

Yəni ABŞ-ın son iki prezidenti Sorosun və Qeytsin adamı olub. Növbəti ABŞ prezidentinin isə İlon Maskın namizədi olacağı deyilir. Bu da yuxarıda dediyimiz fikirləri sübut edir ki, Qərbdə seçkilər heç də deyildiyi qədər demokratik və şəffaf deyil. Qərbdə hər şeyi pul həll edir. 

ABŞ-la bağlı daha bir maraqlı fakt

Əvvəllər ABŞ-da prezidentlər ikinci dəfə də seçilə bilirdi. Məsələn, ata və oğul Buşlar, Ronald Reyqan, Bill Klinton və hətta qaradərili Barak Obama iki dəfə prezident seçilmişdi. Lakin Donald Tramp cəmi 4 il hakimiyyətdə qaldı. İndiki prezident Co Baydenin də ikinci dəfə prezident seçilməsi gözlənilən deyil. Bu da onunla bağlıdır ki, ABŞ milyarderləri arasında gizli rəqabət o qədər güclənib ki, onların 8 il gözləməyə hövsələləri çatmır. Ona görə də hər bir namizədin 4 illik hakimiyyətinə “centlmensayağı” razılaşıblar.

ABŞ-da baş verən proseslər təbii ki, Avropadan da yan keçməyib. 

Son illər əksər Avropa dövlətlərində tez-tez prezident və baş nazirlər dəyişir. Məsələn, Böyük Britaniyada son illərdə neçə baş nazirin dəyişdiyini xatırlamaq kifayət qədər vaxt aparır. Makron ikinci dəfə kreslosunu qoruyub saxlasa da o, 7 dəfə höküməti istefaya göndərib. Almaniya kansleri Olaf Şoltsun da növbəti dəfə etimad qazanacağı inandırıcı gəlmir. 

Bir sözlə, dünyada yeni reallıqlar formalaşır. Qərbdə ölkə başçısını artıq xalq yox, milyarderlər “seçir”. Ona görə də Qərbdə qəribə orientasiyalı şəxslərin siyasi olimpin zirvəsinə qalxması adi hal alıb. Təsadüfi deyil ki, Qərbdəki liderlər vəzifə başında olduqları dövrlərlə deyil, daha çox əvvəlki “fəaliyyətləri” ilə xatırlanırlar. 

Məsələn, Fransanın hazırkı baş naziri Qabriel Attal homoseksuallığı ilə daha çox xatırlanır, nəinki indiki siyasi fəallığı ilə… 
Bir sözlə Qərbdə çox qəribə trend başlayıb. Hakimiyyətə siyasətçilər yox, tiktokerlər kimi populyarlıq qazanmaq istəyən şəxslər gəlir. Bu isə ondan xəbər verir ki, Qərbdə ənənəvi idarəçilikdən imtina edilir, həvəskarlar dövrü başlayır.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO