Azərbaycan və Rusiya Baş Prokurorları arasında mühüm sənəd imzalandı - FOTOLAR

Azərbaycan və Rusiya Baş Prokurorları arasında mühüm sənəd imzalandı - FOTOLAR

Hazırda oxunan: Azərbaycan və Rusiya Baş Prokurorları arasında mühüm sənəd imzalandı - FOTOLAR

17332

Azərbaycan Baş Prokuroru Kamran Əliyev və rusiyalı həmkarı İqor Krasnov arasında görüş keçirilib.

Bizim.Media-ya Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.

Eyni zamanda  iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Niyyət bəyanatı imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO