Rusiyanın Baş Prokuroru Fəxri xiyabanı ziyarət edib

Rusiyanın Baş Prokuroru Fəxri xiyabanı ziyarət edib

Hazırda oxunan: Rusiyanın Baş Prokuroru Fəxri xiyabanı ziyarət edib

17317

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov Azərbaycana səfəri çərçivəsində Baş prokuror Kamran Əliyevlə birgə Fəxri xiyabanı ziyarət edib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rusiyanın Baş prokurorunu qəbul etdi


Hər iki şəxs xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılan kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Qeyd edək ki, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO