ABŞ rəsmisi: “Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik”

ABŞ rəsmisi: “Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik”

Hazırda oxunan: ABŞ rəsmisi: “Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləyirik”

173011

“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn xarici jurnalistlər üçün keçirilən onlayn brifinq zamanı deyib.

O qeyd edib ki, ABŞ tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyir:

“Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik.

ABŞ-ın Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var. Hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO