“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI
Dövlətimizin başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq:
“Əgər, dediyim marşrut (Zəngəzur dəhlizi) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Bizim.Media