Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?

Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?

Hazırda oxunan: Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?

172009

Xəbər verdiyimiz kimi, yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin Kirman şəhərində dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Nəticədə 188 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb. 

Bu hadisə bölgədə gərgin olan vəziyyətin istər-istəməz daha da gərginləşməsinə rəvac verə bilər.  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov Kirmandakı partlayışların hansısa bir formada böyük qlobal toqquşmaya gətirib çıxaracağını düşünmür.

Amma bununla belə, onun fikrincə, olay bölgədəki aqressivlik və gərginliyi daha da artacaq:

“Bu gün İranın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe Tehrana qarşı xeyli müxalif qüvvələrin yetişməsinə səbəb olub. Hazırda İranın dünya üzrə münasibətlərinin normal və ya yaxşı olduğu ölkə ya az qalıb, ya da ümumiyyətlə yoxdur. Bütün bunların fonunda Tehrana qarşı olan qüvvələr İran daxilində bu cür hadisələri körükləməkdə maraqlıdırlar. 

Baş verən partlayış hadisəsi İranda xaos, qorxu mühitini dərtinləşdirməklə ictimai-siyasi xaos yaratmaq məqsədlərinə xidmət edir. Amma hər halda hadisənin səbəbkarı konkret olaraq hansısa qüvvələr deyil. Düzdür, İran həmkişəki kimi ənənəvi olaraq ABŞ-la İsrail düşmənçiliyindən istifadə edərək, olayların arxasında məhz bu iki qüvvənin dayandığını söyləyir. Bu amil də istisna edilməməlidir”. 

Həmsöhbətimiz başqa üçüncü qüvvənin İran daxilində bu tip hadisələr törədərək, gərginlik yarada biləcəyini də istisna etməyib: 

“Ümumiyyətlə, son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını görürük. İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə “Hizbullah”ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir. 

Kirman şəhərində baş verən partlayışların hansısa bir formada böyük qlobal toqquşmaya gətirib çıxaracağını düşünmürəm. Amma hər halda aqressivlik, gərginlik daha da artacaq. Düşmənçilik məsələsində də radikallaşma güclənəcək. Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO