Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi

Hazırda oxunan: Azərbaycan XİN İrana başsağlığı verdi

171929

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yanında 2 partlayış oldu - VİDEO


"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO