“Sözügedən məsələ Azərbaycan rəsmiləri tərəfindən araşdırılır. Bu məsələyə ciddi reaksiya veriləcək. Hesab edirəm ki, dövlətlərarası münasibətlərə xələr gətirmədən cinayətkarların aşkara çıxarılması vacibdir”.
Bu sözləri Bizim.Media-ya Şuşada tapılan Rusiyanın “İskəndər-M” raketləri barədə danışarkən millət vəkili Fazil Mustafa açıqladı.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı jurnalistlər Rusiya səfirliyinə müraciət etdi - “İskəndər”lə bağlı rəsmi cavab verilməlidir
Deputat əlavə etdi ki, bunu hansı qüvvələrin etdiyinin araşdırılması Rusiyanın üzərinə düşür:
“Hər halda ciddi şəkildə araşdırıma aparılmalı və bu məsələdə günahkar olanların cəzalandırılması tələb olunmalıdır. Amma bütün hallarda bu işlər Azərbaycan-Rusiya əlaqələrinin pozulmasına çalışmadan reallaşdırılmalıdır”.
Anar Rəhimov, Bizim.Media