Paşinyansayağı SÜLH OYUNU – Ermənistan sazişə yox, revanşizmə HAZIRLAŞIR…

Paşinyansayağı SÜLH OYUNU – Ermənistan sazişə yox, revanşizmə HAZIRLAŞIR…

Hazırda oxunan: Paşinyansayağı SÜLH OYUNU – Ermənistan sazişə yox, revanşizmə HAZIRLAŞIR…

170664

Ermənistanda revanşistlər yenidən fəallaşıb. Bu dəfə revanşistlər separatçı rejimin rəhbəri Samvel Şahramanyan son “qərarı”nı gündəmə gətiriblər. Məlum olduğu kimi sentyabrın 28-də Şahramanyan qondarma rejimin mövcudluğuna son qoyulması barədə “fərman” imzaladı. 

“Fərman”a əsasən rejimin bütün "dövlət qurumları" və "təşkilatları"nın 1 yanvar 2024-cü il tarixinədək buraxılacağı elan edildi.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 


Əslində separarçı liderin bu qərarı gecikmiş və feyk bir akt idi. Çünki artıq sentyabrın 20-də Azərbaycan lokal antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf ərazilərdə öz suveren hüquqlarını bərpa etmişdi. Üstəlik, separatçı qurum Azərbaycan Konstitusiyasına zidd olduğu üçün hələ 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Yəni müstəqil Azərbaycanın tərkibində DQMV adlı bir qurum onsuz da yox idi. 

Nəzərə alaq ki, indiki Azərbaycan 1918-1920-ci ildə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Ona görə də Samvel Şahramanyanın imzaladığı “sənəd” Azərbaycan üçün heç bir hüquqi əsas yaratmırdı. Separatçı liderin bu qərarı sadəcə erməni millətçilərinin boş xəyallarının fiaskosunu sübut edən bir addım idi. 

Digər bir faktı da yada salaq ki, 2020-2023-cü illərdə Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesində separatçı rejim heç zaman tərəf kimi tanınmayıb. Baş tutan bütün görüşlərdə ancaq erməni icmasının nümayəndələri iştirak edib.

Mənasız qərarın ləğvinin absurdluğu

Bütün bunlardan sonra Ermənistandakı revanşistlərin ötən həftə Samvel Şahramanyanın imzaladığı “sənəd”i qanunsuz olduğunu iddia etmələri sadəcə gülüş doğurur. Bundan başqa rəsmi İrəvan dəfələrlə bəyan edib ki, qondarma qurumu tanımırlar. Sonuncu dəfə isə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bəyan etdi ki, Ermənistanda heç bir mühacir qurum yoxdur və ola bilməz. 

Hətta Ermənistan rəsmilərinin bəyanatlarından sonra belə sərsəm fikrin ortaya atılması sadəcə siyasi manipulyasiyadır. Revanşistlər bununla göstərmək istəyirlər ki, mübarizə hələ sona çatmayıb. Eyni zamanda, bu mübarizə üçün Qərbdən əlavə yardımlar almaq da onların əsas hədəfidir. 

Bu Paşinyan hakimiyyətinin də işinə yarayır.

Çünki Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasını istəmir. Amma həm Azərbaycanın, həm də Beynəlxalq təzyiqlərin qarşısında çarəsiz qalan Paşinyan bu cür hadisələrdən yararlanmaq istəyir. Guya ki, o sülh sazişini imzalamaq istəyir. Ancaq “xalq” buna hələ hazır deyil. 

Ermənistanın sülh istəməməsinin daha bir göstəricisi isə sonuncu dəfə Bakıya göndərilən sülh sazişinin layihəsidir. Ermənistanın təklif etdiyi “3 prinsip” sülh sazişindən daha çox atəşkəs razılaşmasına bənzəyir. Yəni təmas xətlərindən hərbçilər geri çəkilir və neytral zona yaradılır. Ən başlıcası isə bu neytral zonaya beynəlxalq sülhməramlılar yerləşdirilir.

Bu təklif sülh sazişindən imtinadan başqa bir şey deyil. 

Ermənistan neytral zona yaratmaqla beynəlxalq və daxili auditoriyaya çatdırmaq istəyir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib, davam edir. 

Bu isə Qərbin Ermənistana təzyiqi səbəbi ilə irəli atılmış bir “təklif”dir. Göründüyü kimi bir çox ölkələr Cənubi Qafqazda davamlı sülhün olmasını istəmirlər. Digər tərəfdən ABŞ, Fransa və bəzi ölkələr Cənubi Qafqaza soxulmağa çalışırlar.

Onların bu istəyi isə ancaq Ermənistanla Azərbaycan və yaxud Rusiya ilə Ermənistan arasında baş verə biləcək münaqişə fonunda baş verə bilər. 

Bir sözlə indiki vəziyyətdə Fransa başda olmaqla bir sıra Avropa dövlətləri Cənubi Qafqazda sülhün olmasını istəmir. Fransanın isə Ermənistan üçün hansı məna kəsb etdiyini təkrarlamağa ehtiyac yoxdur. Ona görə də revanşistlərin son sərsəmləməsinin arxasında fransızların olması heç bir şübhə doğurmur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO