Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 

170615

“Azərbaycanla Ermənistan arasındakı sülh fonunda Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi davam edəcək”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Beynəlxalq Türk İş Adamları Dərnəyinin (İNTİSAD), rəhbəri, politoloq Selahattin Par deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın casus şəbəkəsi Azərbaycanda İFŞA OLUNDU


“Sülh müqaviləsi Ankarada imzalana bilər”

O qeyd edib ki, İrəvan Ankara ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda rəsmi Bakı ilə sülh müqaviləsi imzalamalıdır:

“Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət baxır. Prosesin tez bir zamanda yekunlaşmasını dəstəkləyirik. Azərbaycanla Ermənistan arasındakı sülh fonunda Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi davam edəcək. Qonşular arasındakı münasibətlərin normallaşması bölgə üçün sülh və sabitlik deməkdir. 

Azərbaycan-Türkiyə-Ermənistan arasındakı sülh müqaviləsi bölgənin istiqrarına, ticarət baxımdan münasibətlərin irəliləməsinə səbəb olacaq. İki ölkə arasında sülh Türkiyənin də Ermənistanla normallaşma prosesini sürətləndirəcək. Düşünürəm ki, sülh müqaviləsi Ankarada da imzalana bilər”, - deyə politloq əlavə edib. 

“Fransanın regiona müdaxiləsi qəbuledilməzdir”

Bölgədə sülhə əngəl yaradan ölkələrin olduğuna diqqət çəkən politoloq, Fransanın Ermənistanı silahlandırmasını PR adlandırıb və Azərbaycanla Türkiyənin Fransaya qarşı birgə mübarizə apardığını bildirib:

“Fransa tarix boyu imperialist hakimiyyət qurub. Fransa Həm Afrika, həm də digər az inkişaf etmiş ölkələrin sərvətini talayaraq, həmin ölkələrin daxilində qarışıqlıqlar yaradaraq və onları qonşuları ilə münaqişəyə sürükləyərək, bunlardan mənfəət götürməyi vərdiş halına gətirib. 

Fransa bu prosesi davam etdirərək Ermənistan və Cənubi Qafqazdan da mədət umur. Bu mövzuda ayıq-sayıq olmalıyıq. Afrikadakı uğursuzluqlarını ört-basdır etmək üçün Cənubi Qafqazda aktivlik əldə etmək niyyətindədirlər. Bu həm də PR xarakteri daşıyır. Həm Türkiyə, həm Azərbaycan bunun qarşısını almalıdır. 

Fransa mövzusunu Ermənistanla masaya oturaraq müzakirə etməli, Fransa kimi bir ölkənin regiona müdaxiləsinin qəbuledilməz olduğunu Ermənistana da izah etməliyik. Fransada erməni lobbisinin güclü olması da proseslərə təsir edir”.

“Zəngəzur dəhlizi açılmalıdır”

Zəngəzur dəhlizinə Fransa kimi ölkələrin  əngəl olmasına baxmayaraq, dəhliz tez bir zamanda reallaşmalıdır. Selahattin Par hesab edir ki, regional inkişaf üçün Zəngəzur dəhlizinin reallaşması həm də Türk dünyasının birləşməsinə xidmət edəcək:

“Ulu öndər Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan “iki dövlət, tək millətdir”.

Keçmişdə bu millətin arasında Zəngəzur vasitəsi ilə süni əngəl qoyuldu. Bununla da, Türk dövlətləri arasındakı bağlantını qopardılar. Lakin indi həm Türkiyənin, həm də Azərbaycanın səyləri ilə Zəngəzur dəhlizinin açılması üçün işlər aparılır. Zəngəzur dəhlizi Çini Avropaya bağlayacaq meqa layihədir. 

Zəngəzur dəhlizi nəyin bahasına olursa olsun, mütləq açılmalıdır. Azərbaycan, Türkiyə və Ermənistan sülh ilə dəhlizin açılmasını sürətləndirsələr, Ermənistan da bundan xeyir götürəcək”, - deyə S.Par əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO