Düşmənin ağır silahları aşkarlanaraq məhv edilir

Düşmənin ağır silahları aşkarlanaraq məhv edilir

Hazırda oxunan: Düşmənin ağır silahları aşkarlanaraq məhv edilir

1704

"Əməliyyatlar davam edəcək və bu əməliyyatları yekunlaşdırmaq üçün bir yol var ki, bütün torpaqlar işğaldan azad edilsin, bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmasın".

Bizim.Media-nın məlumatına görə, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bugünkü brifinqdə səsləndirib.

A.Eyvazov bildirib ki, düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir.

"Bizim bütün əməliyyatlarımız yalnız əməliyyat sahəsi çərçivəsindədir. Ermənistan ərazisində heç bir hədəfimiz yoxdur. Bizim bütün hədəflərimiz yalnız əlində silah olan düşmən bölmələridir və düşmənin legitim hərbi obyektləridir ki, bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO