Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir.
Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.
Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.
Bizim.Media
![Çin lideri Prezident İlham Əliyevi təbrik edib Çin lideri Prezident İlham Əliyevi təbrik edib](https://bizim.media/file/articles/2023/12/22/1703227873_5.jpg)
- A-
- A
- A+
Siyasət
10:49 / 22.12.2023
Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Hazırda oxunan: Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Hazırda oxunan: Çin lideri Prezident İlham Əliyevi təbrik edib
170210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.