Ümumilli liderin ən böyük vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.
O bilidirib ki, Ümumilli liderin ortaya qoymaq istədiyi bütün siyasətlər İlham Əliyev tərəfindən uğurla icra edilib.
"Özünün də dediyi kimi, rəhmətlik atasının etmək istəyib edə bilmədiyi heç bir şey qalmayıb. Hər şey tamamlanıb. Biz də buna tamamilə inanırıq. Ümumilli liderin Türkiyə ilə qurduğu siyasət İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək səviyyəyə qaldırılıb. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya nümunədir, bunun bənzəri də yoxdur. Biz bunu Ümumilli lider Heydər Əliyevdən miras almışıq, yaşatma əzmi ilə də çalışırıq".
- A-
- A
- A+
Siyasət
10:58 / 12.12.2023
Cahit Bağçı: “Türkiyə-Azərbaycan münasibətlərinin nümunəsini Heydər Əliyevdən miras almışıq” - VİDEO
Hazırda oxunan: Cahit Bağçı: “Türkiyə-Azərbaycan münasibətlərinin nümunəsini Heydər Əliyevdən miras almışıq” - VİDEO
Hazırda oxunan: Cahit Bağçı: “Türkiyə-Azərbaycan münasibətlərinin nümunəsini Heydər Əliyevdən miras almışıq” - VİDEO
168622
Məhərrəm Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.