''Qələbənin əldə edilməsində İsrail ''Harop''ları vacib rol oynayıb'' - Ceyhun Bayramov 

''Qələbənin əldə edilməsində İsrail ''Harop''ları vacib rol oynayıb'' - Ceyhun Bayramov 

Hazırda oxunan: ''Qələbənin əldə edilməsində İsrail ''Harop''ları vacib rol oynayıb'' - Ceyhun Bayramov 

16849
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqliyə malik silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) məharətlə istifadə edilməsi Qələbənin əldə olunmasında vacib rol oynayıb”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin “Israel Hayom” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan Vətən müharibəsi dövründə İsrail cəmiyyətinin səmimi dəstəyini görüb.

“Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da güclənəcək və dərinləşəcək”,- deyə XİN başçısı vurğulayıb.

C. Bayramov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra postmüharibə dövrünə qədəm qoyub:

“İndi əsas prioritetlərimiz azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin torpaqlarına geri qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşlarımızın iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər”.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO