Zakir Həsənov:

Zakir Həsənov: "Ordumuz qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"

Hazırda oxunan: Zakir Həsənov: "Ordumuz qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"

168223

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib. 

Bizim.Media xəbər verir ki, Z.Həsənov bu barədə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib. 

Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb. 
Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib. 

İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO