Bu gündən Azərbaycanda prezidentliyə namizədlər İRƏLİ sürülə bilər

Bu gündən Azərbaycanda prezidentliyə namizədlər İRƏLİ sürülə bilər

Hazırda oxunan: Bu gündən Azərbaycanda prezidentliyə namizədlər İRƏLİ sürülə bilər

168165

Bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədlər irəli sürülə bilər.

Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Azərbaycan Respublikası Prezidentliyinə namizədlər irəli sürə bilər.

Beləliklə, 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu müddət bu gündən başlayır.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”na əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanacaq və bu müddət 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO