Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə “əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməməliyik”, - deyə açıqlama verib.
Sözügedən fikirlərlə bağlı Bizim.Media-nın əməkdaşı bu gün keçirilən brifinqdə nazirə sual ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməməliyik” - Nazir
Emin Əmrullayev “əvvəllər yol verilən səhvlər” dedikdə nəyi nəzərdə tutduğu ilə bağlı açıqlama verib:
“Bu daha çox ritorik ifadə idi. Əvvəl buraxdığımız səhvlər o deməkdir ki, əvvəllər daha düzgün etmədiyimiz məsələlər var. Burda istər təhsilin keyfiyyəti ilə bağlı, istər tədrisin keyfiyyəti, istər işə qəbulla bağlı məsələləri nəzərdə tuturdum. Siz problemləri sertifikasiya imtahanında gördünüz. “İbtidai” sözünü “p” ilə, “müəllim”i “məllim” şəklində yazanlar var idi. Bu problemləri düzəltmək lazımdır.
Təkrar səhv dedikdə mən bunları nəzərdə tutmuşdum. İstərdik ki, Qarabağ Universitetində işə götürülmə şəffaf, təhsil rəqabətli olsun, tələbə müəllim münasibətləri yaxşı qurulsun”, - deyə nazir əlavə edib.
Nuranə Daxilqızı, Bizim.Media