“SPECA Azərbaycanın sədrliyi ilə yeni uğura imza atdı” – Vüqar İskəndərov

“SPECA Azərbaycanın sədrliyi ilə yeni uğura imza atdı” – Vüqar İskəndərov

Hazırda oxunan: “SPECA Azərbaycanın sədrliyi ilə yeni uğura imza atdı” – Vüqar İskəndərov

166658

“Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında məsuliyyətli ölkə kimi tanınması, sadiq tərəfdaş kimi özünü sübut etməsi, əlbəttə ki, bu təşkilatların da ölkəmizə qarşı rəğbətinin formalaşmasına xidmət edir. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. 

Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Bildiyiniz kimi, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür.

Azərbaycan sədrliyi dövründə SPECA yeni bir uğura imza atmış olub. İlk dəfə SPECA-ya üzv dövlətlərin Zirvə görüşü keçirilib. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənib”. 

Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

“Əlbəttə, Zirvə görüşü yeni uğurların başlanğıcı olacaq və daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Prezident İlham Əliyevin dəvəti ilə üzv ölkələrlə yanaşı Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu da yeni əməkdaşlıq formatları üçün bir başlanğıcdır. 

SPECA-ya üzv dövlətlərdə siyasi sabitliyin hökm sürməsi bu iqtisadi əməkdaşlıqların daha da inkişaf etməsinə səbəb olur. Bu bir reallıqdır ki, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz.  
Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Azərbaycanın sədrliyi dövründə BMT tərəfindən atılan addım da alqışalayiq bir haldır. BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməsinə əsasən BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq”.

Deputat həmçinin Azərbaycanın hazırki inkişaf strategiyasının da çox uğurlu və bəzi dünya dövlətləri üçün nümunə olduğunu qeyd edib: 

“Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir.

Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. 

Əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO