“İki ay əvvəl Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edib və Qarabağ münaqişəsi artıq tarixdə qalıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentə SPECA ölkələrinin sərgisi barədə məlumat verildi
Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırıb.
Bizim.Media