İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı başsağlığı verib

İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı başsağlığı verib

Hazırda oxunan: İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı başsağlığı verib

165470

Prezident İlham Əliyev Aman Tuleyevin vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, başsağlığının mətnində deyilir: 

"Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Aman Qumiroviç Tuleyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. 

Aman Tuleyev Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad mühitinin möhkəmlənməsinə sanballı töhfə verib. O, Azərbaycan-Rusiya dostluq əlaqələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib. 

Aman Tuleyevin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər. 

Aman Qumiroviç Tuleyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. 

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür və sizə dərin hüznlə başsağlığı verirəm". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO