Milli Məclis:

Milli Məclis: "Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edirik"

Hazırda oxunan: Milli Məclis: "Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edirik"

165397

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ Senatının qəbul etdiyi sənəd BMT-nin bəyanatına ziddir” – SPİKER 


“Azərbaycan parlamenti Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın belə addımları regionda sülhə, sabitliyə zərbə vurur. ABŞ-ın təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə imkan verib.

ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib. Əksinə, maliyyə yardımı göstərib, yüksək səviyyəli görüşlər təşkil edib. Amerika tərəfinin bu addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib.

ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, - deyə bəyanatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO