Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşlığından İMTİNA ETDİ  

Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşlığından İMTİNA ETDİ  

Hazırda oxunan: Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşlığından İMTİNA ETDİ  

165393

“Dünyadakı bütün inqilabların, münaqişələrin icraçısı ABŞ-dır” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Oruc ABŞ-ın planını İFŞA ETDİ – “USAİD kimi inqilab yayan təşkilatlar...” 


“ABŞ Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmir. Ağ Ev Ermənistandan plasdarm kimi istifadə etməklə, İrana, Rusiyaya qarşı öz planlarını icra etməyi planlaşdırır. Əslində, Ermənistan yeni faciələrin astanasındadır. Bir tərəfdən Fransa, digər tərəfdən ABŞ Ermənistanı silahlandırır. 

Ermənistan yenidən revanşist addımlar atarsa, Cənab Prezidentin dediyi kimi, “Dəmir Yumruq başlarına dəyəcək”. Azərbaycanın buna gücü, qüdrəti çatır. 

Vaxtilə, “907-ci düzəliş”in müəlliflərindən biri də məhz Bayden idi. Düşünürəm ki, Azərbaycan bundan sonra da başladığı yola uğurla davam edəcək. Azərbaycan öz problemini özü həll edən dövlət kimi dünyada özünü təsdiq edib”, - deyə deputat əlavə edib. 

Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşlığından imtina etdiyini də açıqlayıb: 

“1990-cı illərdə bir qrup deputatlarla birgə mənə də ABŞ-a səfərimiz zamanı Nebraska ştatının fəxri vətəndaşı adını verdilər. Mən bu gün həmin fəxri vətəndaşlıqdan imtina edirəm”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO