“Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.
“Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir", - deyə XİN sözüsü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:47 / 18.11.2023
Rəsmi Bakı növbəti dəfə İrəvana sülhlə bağlı ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rəsmi Bakı növbəti dəfə İrəvana sülhlə bağlı ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Rəsmi Bakı növbəti dəfə İrəvana sülhlə bağlı ÇAĞIRIŞ ETDİ
165001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.