Vyanada İrəvan-Kiyev MÜCADİLƏSİ – Ermənistanın FİASKOSU....

Vyanada İrəvan-Kiyev MÜCADİLƏSİ – Ermənistanın FİASKOSU....

Hazırda oxunan: Vyanada İrəvan-Kiyev MÜCADİLƏSİ – Ermənistanın FİASKOSU....

16477

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin XİN başçısı Ann Linde təşkilatın Daimi Şurası tərəfindən missiyanın (Ukraynadakı Xüsusi Monitorinq Missiyası) büdcəsinin və mandatının  31 mart 2022-ci ilədək uzadılmasını alqışlayıb. 

Rəsmi İrəvan isə ATƏT və təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsini bloklamaq istəyirdi.

Bizim.Media xəbər verir ki, Ermənistan bu yolla Ukraynadakı konfliktin həll olunmasına mane olmağa çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan ATƏT büdcəsini bloklamaqla nəyə nail olmaq istəyir? – Tahir Mirkişilidən CAVAB


Bununla da İrəvan öz destruktiv davranışı ilə yalnız Azərbaycanla dost münasibətdə olan Kiyevə qarşı düşmənçiliyini nümayiş etdirməyib, həm də ATƏT-in nüfuzuna və funksionallığına növbəti dəfə zərbə vurmağa cəhd göstərib. 

Şantaj üsulu daşnak ermənilərin əsas silahlarından biridir. İrəvan hökumətinin bu cür insanlardan ibarət olduğunu nəzərə alanda Ermənistanın belə ucuz addımları təəccüb doğurmur. Onsuz da Ermənistan indiyədək dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlara münasibətdə bu cür şantaja əl atıb.

2016-cı il dekabrın 31-də Ermənistan heç bir arqument gətirmədən ATƏT-in Özbəkistan və Qırğızıstandakı layihə koordinatorlarının, Rusiya-Ukrayna sərhədindəki ATƏT müşahidəçilərinin mandatının uzadılmasını və ümumilikdə 2016-cı il üçün ATƏT-in büdcəsinin qəbulunu bloklayıb.

Ermənistanın o zamankı XİN başçısı Nalbandyanın Vyanaya çağırılmasından sonra İrəvanın əsassız şantajı dayandırılıb. 

Onsuz da hamı, İrəvanın Moskva, Vyana, Paris, Brüssel və Vaşinqton “qulaqburmalar”ından xəbərdardır. Lakin qondarma rejim, uydurma soyqırım müdafiəçisi olan Ermənistan ara-sıra sillələnmək istəyir. Daha dəqiq desək, hər hökumət çevrilişindən sonra liderliyə gələn qüvvələr beynəlxalq şantaja görə sələflərinin başına dəyən qapazları unudur. Və özləri də “xətkeşlə tənbeh” olunmaq üçün yuxarıda sadalanan şəhərlərə (paytaxtlara) üz tuturlar. 

2019-cu ilin noyabrında Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun tərkibində Türkiyədən olan zabitinin olmasına etiraz edərək qrupun fəaliyyətinə imkan verməyib. Ermənistanın bu açıq-aşkar etnik ayrı-seçkiliyi nəticəsində ATƏT-in monitorinqlə bağlı proseduru pozulub, türk zabitin monitorinq təlimlərində iştirakının qarşısı alınıb və nəticədə monitorinq baş tutmayıb.

İrəvanın yenidən eyni şantaj metoduna əl atmağı göstərir ki, Ermənistanın xarici siyasəti - qonşu ölkələrlə münasibəti, beynəlxalq təşkilatlardakı fəaliyyəti – destruktivlik üzərində qurulub və açıq-aşkar Azərbaycanla Türkiyəyə qarşı yönəlib. 

Bu iki ölkənin istənilən sahədəki təşəbbüsü İrəvanda etiraz və sabotajla qarşılanır. Nümunə kimi, COVİD-19 kimi qlobal problemə dair Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü humanitar təşəbbüslərin boykotunu göstərmək olar. 

Lakin bütün istiqamətlərdə bu sabotaj və destruktiv siyasət iflasa uğrayır – rəsmi Yerevan başladığı heç bir siyasi kampaniyanı, demarşı sona çatdıra bilmir. Çünki buna Ermənistanın nə nüfuzu, hörməti, nə də resursları imkan verir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO