Pakistanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ 

Pakistanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Pakistanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ 

163603

Pakistanın Baş naziri Ənvər-ul-Xak Kakar Prezident İlham Əliyevə Azərbaycanın antiterror tədbirlərinin uğurla başa çatması və Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması münasibətilə təbriklərini çatdırıb. 

Bizim.Media xəbər verir ki, o, Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi-diplomatik dəstəyini və Ermənistanın işğalçı dövlət kimi tanımasını yüksək qiymətləndirib. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar ilə görüşü olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO