44 günlük müharibə 21-ci əsrdə ən uğurlu döyüş nümunəsi oldu - İqor Korotçenko

44 günlük müharibə 21-ci əsrdə ən uğurlu döyüş nümunəsi oldu - İqor Korotçenko

Hazırda oxunan: 44 günlük müharibə 21-ci əsrdə ən uğurlu döyüş nümunəsi oldu - İqor Korotçenko

163312

Azərbaycan 44 günlük müharibədə qələbənin üçüncü ildönümünü və Şuşanın azad edilməsi gününü qeyd edir. Ekspertlər üç il əvvəl baş verən hadisələrin gedişatını təhlil etməyə davam edirlər. Hərbi əməliyyatların, xüsusən Şuşanın azad edilməsi əməliyyatının ətraflı tədqiqi aparılır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, hərbi ekspert İqor Korotçenko minval.az-a danışıb.

Onun sözlərinə görə, hərbi sənət baxımından 44 günlük müharibə 21-ci əsrdə ən uğurlu döyüş nümunəsi oldu.

"Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmənin onilliklər ərzində yaxşı yaradılmış və möhkəmləndirilmiş mövqelərinə (məşhur “Ohanyan xətti”, yüzlərlə kilometr minalanmış sahələr) hücuma keçərək bir sıra əraziləri azad edib.

Bu hərbi əməliyyatların kulminasiya nöqtəsi Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Bu da hərbi əməliyyatların axarını dəyişdirdi və sonrakı müqaviməti Ermənistan üçün tamamilə mənasız etdi. Əslində buna görə  Paşinyan üçtərəfli bəyanat imzaladı və bu, Ermənistanın təslim aktına çevrildi. Bu sənədə əsasən, bir sıra ərazilər döyüşsüz Azərbaycanın nəzarətinə keçdi və bu, minlərlə Azərbaycan hərbçisinin həyatını xilas etməyə imkan verdi.

Hər kəs çox gözəl başa düşür ki, bu qələbənin əsasını güclü şaxələndirilmiş iqtisadiyyatın qurulması təşkil edib. Bu da karbohidrogenlərin ixracı vasitəsilə ən son texnologiya ilə silahlanmış müasir ordunun səmərəliliyini təmin etməyə imkan verib.
Ermənistan tərəfdə 12 min fərarinin olması, Azərbaycan tərəfdə isə könüllü olaraq cəbhəyə getmək istəyən azərbaycanlı gənclərin hərbi komissarlıqlarda nəhəng növbələri hər kəsin yadındadır. Bu həm də cəmiyyətin vətənpərvərlik tərbiyəsinin göstəricisidir.

Bütün bu uğurlar yorulmaz fəaliyyəti ilə Azərbaycanın qələbəsini təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində mümkün olub.

Ali Baş Komandan hərbi əməliyyatlara şəxsən rəhbərlik etdiyi, komandanlıq heyəti ilə görüşlər keçirdiyi, bütün planları müəyyənləşdirib təsdiq etdiyi üçün bütün bunlar uğura gətirib çıxardı.

“Dəmir yumruq” əməliyyatı və Şuşanın azad edilməsi 21-ci əsrin birinci yarısında həyata keçirilən ən təsirli və səmərəli hərbi əməliyyatlara misaldır. Azərbaycandan başqa heç kim hələ belə nümunələr göstərməyib", deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO