Qırğızıstan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ 

Qırğızıstan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ 

Hazırda oxunan: Qırğızıstan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ 

162711

"Azərbaycan xalqını ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik edirik". 

Bizim.Media xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında deyib. 

Dövlət başçısı çıxışında bütün türk dövlətləri ilə əməkdaşlığa maraqlı olduqlarını bildirərək TDT çərçivəsində baş tutan dialoqun inteqrasiya üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib:

“Hazırda dünyada böyük transformasiyalar baş verir. Baş verən böhranlara birgə mübarizə aparmaq, həmçinin qarşılaşdığımız çağırışları birgə qarşılamaq üçün bütün imkanlarımız var”. 

Bugünkü tədbir çərçivəsində imzalanacaq sənədlərin icrasına Qırğızıstanın da öz töhfəsini verəcəyini vurğulayan S.Japarov bu sənədlərin türk dövlətlərinin çoxşaxəli əməkdaşlığında yeni səhifə açacağına əminliyini bildirib:

“Dünyadakı geosiyasi durum qardaş türk xalqlarını iqtisadi potensialının artırılması üçün öz səylərini birləşdirməsini vacib edir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO