Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası

Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası

Hazırda oxunan: Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası

16198

Ötən gün sosial şəbəkələr üzərindən gündəmi zəbt edən “Cəmil Həsənlinin qızının intim videosu yayıldı” başlıqlı xəbər bir anda hər şeyə dərin maraqla çıxış edən cəmiyyətin əsas mövzusuna çevrildi.

Təəssüflər olsun ki, hadisələrin gerçək məzmunundan xəbəri olan olmayan hər kəs bir ağızdan baş verənlərdə hakimiyyəti və güc strukturlarını ittiham etməyə başladı. Bir çox insan hələ baş verənlərin mahiyyətini anlamağa çalışarkən, bəzi maraq qrupları isə bir qram belə şübhə etmədən günahkarların kimliyindən əmin görünürdülər. 

 

MÖVZU İLƏ BAĞLI:

“Cəmil Həsənli Lenin deyil” - Cümşüd Nuriyevdən sərt ittihamlar


Mənim də bu yazını qələmə almaqda əsas məqsədim, oxucularım üçün az da olsa məsələnin məzmununu aydınlaşdırmaq və mənim üçün hələ də şübhəli qalan bəzi pərdəarxası məqamlara diqqət çəkmədir.

Nə üçün? 

Belə bir məsəl var, “oturduğun budağı kəsmək”. Yəni, bilə bilə, göz görə-görə özünü uçuruma aparacaq addımlar atmaq.

Eynilə bu məsələdə olduğu kimi cəmiyyəti sürətli şəkildə aşındırmağa, mənəvi deqradasiyaya aparan bu cür “əməliyyatlar”dan da heç kim qazanmır.

Belə olan halda xeyli sual yaranır.

Bu “şounun” arxasında kim dayanır? Bu qurğu indi kimə lazım idi? 

Belə vəziyyətlərdə bir neçə sağlam sual qoyub cavab axtarmağa çalışaq.

Birincisi, ölkədə daxili siyasi vəziyyəti gərginləşdirmək hal-hazırda dövlət dairəsində heç kimə lazım deyil. Faktiki vəziyyət tamamilə hakimiyyətin xeyrinə olduğu bir vaxtda bu cür addıma nə ehtiyac vardı? 

Eyni zamanda dövlət başçısının apardığı daxili siyasət tamamilə milli barışığa hesablanıb, hətta müxtəlif siyasi qüvvələr arasında da dialoq, əməkdaşlıq xətti əsas tutulur. Belə olan halda Prezidentin apardığı daxili siyasətə kölgə salmaq kimə lazım idi? Kim burda hansı məqsəd və məram güdür?

 

Cəmil Həsənli bir vaxtlar Azərbaycanın tarixçi alimi, professoru idi. Lakin bəzi maraq qrupları onu öz təsirinə salaraq qısa zamanda Azərbaycan müxalifətininin simasına çevrməyə cəhd göstərdi. Hər kəsə məlum olduğu kimi, bu plan işləmədi və Cəmil Həsənli ondan gözlənilən uğurlu fəaliyyəti siyasət sferasında göstərə bilmədi.


Əgər vəziyyət belədirsə, Cəmil Həsənlini yenidən gündəmə gətirməyə nə ehtiyac var? Bu cür addımlar kimlərin marağına xidmət edir?

İkinci məsələ ondan ibarətdir ki, dövlətin son iki ildə apardığı antikorrupsiya əməliyyatları cəmiyyətin saflaşmasında, onun dağıdıcı ünsürlərdən təmizlənməsində ölkədə xüsusi hörmət və rəğbət sahibinə çevirib. Belə olduğu təqdirdə Cəmil Həsənliyə “zərbə vurmaq” hakimiyyətin nəyinə lazımdır?

Hakimiyyət çox gözəl anlayır ki, bu kimi işlər nə siyasi rəqibləri susdurur, nə də ki, siyasəti daha maraqlı edir. Əksinə...

Yuxarıda söylədiyimiz kimi, oturduğu budağı kəsmək hansı məntiq kəsb edir?

Axı əldə olunan QƏLƏBƏ onsuz da müxalifətin çoxusunu tərkisilah edib, arqumentlərini puça çıxarıb. Dövlətin Böyük Zəfərdən sonra belə “ayı xidmətinə” nə ehtiyacı ola bilərdi ki? Əksinə, bu olay əldə olunan uğurlara kölgə salmaq xarakteri daşıyır.

Hakimiyyətin belə bir parlaq dövründə bu cür aksiyanı həyata keçirməyə heç bir ehtiyacı yoxdur.

Onda nəzərləri hara və nəyə fokuslmaq düzgün olardı?

Belə bir vaxtda dövlətin sarsılmaz sütünlarına zərbə endirməklə onu zəif salmağa cəhd edən qüvvələr daha çox fəallaşmağa başlayır. Dövlət büdcəsindən milyonlarla vəsaiti mənimsəmiş və həbs sırasının onlara çatacağından qorxaraq gündəmi dəyişən qüvvələr və onların əlaltılarının bu işdə əlinin olması istisna deyil.

Azərbaycanda siyasi mühitin rahat və sakit olmasından, siyasi partiya rəhbərlərinin birlikdə işğaldan azad olunmuş bölgələrə gedərək, birgə bəyanat verməklərindən, siyasi məkandan milli həmrəylikdən narahat olan qüvvələrin narahat olması göz önündədir.

Bu günə gədər siyasi partiya rəhbərləri belə bir birlik, yanaşma və mümkün əməkdaşlıq nümayiş etdirməmişdirlər. Bu sahəni 2-3 il öncə kurasiya edən şəxslərin şəxsi siyasi gündəmi belə addımların atılmasına və təşəbbüslərin həyata keçirilməsinə imkan verməzdi. İndi isə tamimilə fərqli, sivil siyasi abu-hava formalaşmağa başlayanda, kimsə yenidən gündəmi dəyişməyə meyillidir. 
 

Anti-korrupsiya tədbirləri başlayandan bu günə qədər Azərbaycanda, eləcə də xaricdə hakimiyyətə ləkə atmaq istəyənlər kifayət qədərdir. Onlar antikorrupsiya tədbirləri çərçivəsində həbs edilən oliqarx və məmurların çevrəsinin sifarişi ilə suyu bulandıraraq məsuliyyətdən yaxa qurtarmağa imkan yaratmaq  kimi səciyyələndirilə bilər. 


Hakimiyyət iqtisadi platformasını yeniliyir, müxtəlif ideya və layihələr başlayır. Belə olan halda bu kimi daxili siyasi diskussiya hakimiyyətin maraqlarına cavab vermir. Bu qlobal müstəvidə nəzərdə tutulan plan və ideyalar ilə uzlaşmır. 

Ucuz varinatlarla gündəmi dəyişərək cəmiyyətin diqqətini əsas məqsəd və məramdan yayındırmağa çalışmaq və dövlətin əldə etdiyi uğurları yox etməyə cəhd göstərən qüvvələr hələ də aramızdadırlar.

Hamımız gözəl bilirik ki, hakimiyyətin başlatdığı islahatlar hələ yekunlaşmayıb. 

Antikorrupsiya əməliyyatları dövlətin həyat əhəmiyyətli fəaliyyətlərindən biri kimi hələ də gündəmdədir və cəmiyyət dövlətin bu yöndə tezliklə yeni addımlar atacağını gözləyir. 

“Gözü çıxmış qardaşının” taleyini yaşamaq istəməyən hələ xeyli sayda şəxs var. Onlar çox gözəl hiss edirlər ki, edilən günahların cavabının veriləcəyi an hər gün bir az da yaxınlaşır.

Belə bir şəraitdə ən gözəl fürsət gündəmi dəyişərək, hədəfdən yayınmaq və cəmiyyətdə yaranmış birliyin, həmrəyliyin kökünə zərbələrin endirilməsidir. 
 

İndi baxın, vəziyyət nə qədər aydındır: II Qarabağ Müharibəsində əldə olunmuş qələbədən sonra yaranmış milli birliyi və həmrəyliyi pozmaq istəyən qüvvələr və onların təmsilçiləri və həbsxanalardan əlləri hələ də cəmiyyətin müxtəlif hissələrinə uzanıqlı qalmış korrupsioner məmurlar və günbəgün, saatbasaat qapısının döyülə biləcəyi qorxusu ilə yaşayan korrupsiya əjdahaları. 


Qoy bu sual da qoyduğumuz bütün suallara cavab olsun:

Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır?

Anar Tahirov, Baş redaktor, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO