İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ 

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ 

161889

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubdə deyilir: 

"Hörmətli Kasım-Jomart Kemeleviç. 

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. 

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. 

Allah rəhmət eləsin!" 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO