Yevlax görüşündə ermənilərə hansı şərt qoyulub? - DETALLAR AÇIQLANDI

Yevlax görüşündə ermənilərə hansı şərt qoyulub? - DETALLAR AÇIQLANDI

Hazırda oxunan: Yevlax görüşündə ermənilərə hansı şərt qoyulub? - DETALLAR AÇIQLANDI

161232

“Ya Qarabağdakı erməni əhalisinin hamısı bir nəfər kimi Azərbaycana inteqrasiya edir və Ermənistanla əlaqələri kəsir, ya da inteqrasiyanı qəbul etməyən, vətəndaşlıq almaq istəməyənlərin sərbəst şəkildə getməsinə şərait yaradılır".

Bizim.Media Ermənistanın “İravunk” qəzetinə istinadən xəbər verir ki, bu şərti guya Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyəti erməni nümayəndə heyətinin qarşısında irəli sürüb.

Azərbaycan rəsmiləri, eyni zamanda üçüncü variantın olmadığını deyiblər.

Ancaq sirr deyil ki, bu məsələni rəsmi Bakı müxtəlif səviyyələrdə zaman-zaman gündəmə gətirmişdi. Azərbaycanın beynəlxalq hüquqa uyğun olan mövqeyi belə idi ki, Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəsin bərabərhüquqlu və təhlükəsiz şəraitdə yaşaması təmin olunacaq, bunu istəməyənlərin gedişinə şərait yaradılacaq.

Görünür, bu şərt erməni əhalisinin nümayəndələrinə də təqdim olunub. 

Üçüncü variantın olmadığı üçün separatçılar və Ermənistan hakimiyyəti əhalinin kütləvi çıxışını təşviq ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO