“Avropa Parlamenti ölkəmizə qarşı səlib yürüşü aparır” – DEPUTAT

“Avropa Parlamenti ölkəmizə qarşı səlib yürüşü aparır” – DEPUTAT

Hazırda oxunan: “Avropa Parlamenti ölkəmizə qarşı səlib yürüşü aparır” – DEPUTAT

160608

Avropa Parlamenti Azərbaycana qarşı ikili standartlardan çıxış etməkdə davam edir. Bir müddət əvvəl bu qurum Azərbaycana qərəzli yanaşan sənədin qəbuluna nail olub. Ermənistan baş naziri Nikol Paşinyana Avropa Parlamentində göstərilən münasibət də onu deməyə əsas verir ki, sözügedən qurum sırf ermənipərəst mövqe sərgiləyir.

Pulu kim verirsə...

Bunun da əsas səbəbi Avroparlament deputatlarının erməni lobbisinin maliyyəsi ilə hərəkət etməsidir. Pul diləndiklərindən aldıqları sifarişlərə hərəkət edən “yevropeyski” deputatların korrupsiya hallarının zaman-zaman ifşa olunması ilə bağlı faktlar da kifayət qədərdir. Həmin faktları axtarmaq üçün uzaq keçmişə nəzər salmağa da ehtiyac yoxdur.

Məsələn, keçən ilin dekabrında Avropa Parlamentində (AP) indiyə qədər görünməyən korrupsiya qalmaqalı baş verib. Korrupsiya qalmaqalı nəticəsində AP-nin sədr müavini xanım Yeva Kayl ilə yanaşı bir sıra deputatlar həbs olundular. AP-nin vitse-spikeri mütəşəkkil cinayətkar dəstə yaratmaqda, rüşvət və korrupsiyada ittiham olunub. Hüquq-mühafizə orqanlarının Yeva Kaylın evində apardığı axtarış zamanı külli miqdarda pul aşkarlanıb.

Belçika məhkəməsi AP-nin keçmiş deputatı Pyer-Antonio Pantseri (İtaliya), Luka Vizantini (İtaliya) və digər məmurlar barəsində həbs qətimkan tədbiri seçib.

Həmin dövrdə Belçikanın Federal Prokurorluğu bildirib ki, AP-də strateji vəzifə tutanlar pul və qiymətli hədiyyələr alaraq qərarlar veriblər.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirir ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə siyasəti səlib yürüşü motivasiyası üzərində qurulub:

“Avropa Birliyi və Avropa Parlamenti sanki 11-12 əsr bundan öncəki dövrə qayıdaraq, yenidən xaç yürüşlərinə başlayıblar. Avropa Parlamenti, Fransa, Niderland, İspaniya kimi ölkələrin parlamentlərinin yanaşmasında da bu təzahürləri görə bilirik. Onlar artıq xristian müsəlman söhbətləri aparmağa başlayıblar.

Onlar öz xoşları ilə Qarabağdan gedən ermənilərin hüquqlarını tələb etdikləri halda, bu günə qədər 35 il əvvəl Ermənistandan didərgin salınan 250 min, Qarabağdan qovulan 1 milyon soydaşımız, ermənilərin həyata keçirdiyi etnik təmizləmə barədə bir dəfə də olsun danışmayıblar.

Qərbin bu cür siyasəti cəmiyyəti qütbləşməyə aparır.

Bununla onlar AB-nin vacib amil kimi dəyərləndirdiyi insan hüquq və demokratiya kimi məsələləri tamamilə gözdən salırlar. Qərbin Azərbaycana qarşı yürütdüyü bu siyasət onun üçün uğursuz nəticələnəcək.

Qərbin bu hərəkətini şiddətlə qınayıram. Azərbaycan onların qarşısından qaçmayacaq. Azərbaycan onlardan asılı deyil. Ölkəmizə qarşı bu qərəzdən onlar heç bir xeyir götürməyəcəklər. Avropa Parlamentinin ölkəmizə qarşı belə səlib yürüşü aparması bütövlükdə Avropa İttifaqını gözdən salır və Azərbaycanla əməkdaşlıqdan uzaqlaşdırır.

Avropa Parlamentinin bu hərəkətləri, ümumiyyətlə, bütün müsəlman ölkələrini onlardan uzaqlaşdıracaq. Onların bu hərəkətləri Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edir. Belələrinin niyyəti “nə sülh, nə də dostluq olmasın” prinsipinə əsaslanır. Onlar öz ciblərini və siyasi dividendlərini güdürlər”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO