Əziz Səncər: “Qarabağımızın azad olunmasının sevincini yaşayırıq”

Əziz Səncər: “Qarabağımızın azad olunmasının sevincini yaşayırıq”

Hazırda oxunan: Əziz Səncər: “Qarabağımızın azad olunmasının sevincini yaşayırıq”

160247

“Hörmətli İlham Əliyevin Azərbaycan bayrağını Xankəndi və Xocalıda dalğalandırmasını izlədim. Allaha şükür bu günləri də gördük”. 

Bizim.Media xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, ABŞ-ın Şimali Karalina Universitetinin professoru Əziz Səncər “Naxçıvan” Universitetinin rektoru Anar Kazımova ünvanladığı məktubda qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Naxçıvan” Universitetində Əziz Səncərin iştirakı ilə kitab təqdimatı KEÇİRİLƏCƏK – FOTO   


O, bildirib ki, Qarabağımızın azad olunmasının sevincini yaşayırıq: 

“Ümid edirəm, cümə günü edəcəyim çıxış gənclərimizə faydalı olar. İnanıram ki, gələcəkdə Naxçıvana səfərim də qismət olar. Hələlik isə Qarabağımızın azad olunmasının sevincini yaşayırıq”, - deyə Əziz Səncər qeyd edib.

Xatırladaq ki, 20 oktyabr 2023-cü il tarixində ”Naxçıvan” Universitetində Nobel mükafatçısı Əziz Səncərin onlayn iştirakı ilə UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin tərtib etdiyi “Aziz Sancardan bilim və ulusal kalkınma üzerine aforizmalar” kitabının təqdimatı keçiriləcək.  

Kitab təqdimatı “Naxçıvan” Universitetinin Konfrans zalında baş tutacaq.   

Məlumat üçün bildirək ki, dünyaca nüfuzlu türk alimi Əziz Sancar 1946-cı ildə anadan olub. O, ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk türk kimi tanınır. Əziz Səncər DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. 


Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO