Türkiyənin Azərbaycandakı səfiri Füzuliyə GETDİ – FOTO 

Türkiyənin Azərbaycandakı səfiri Füzuliyə GETDİ – FOTO 

Hazırda oxunan: Türkiyənin Azərbaycandakı səfiri Füzuliyə GETDİ – FOTO 

160197

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. 

“Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq”, - deyə diplomat bildirib. 
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Ermənistan işğalından azad edilməsi ilə əlaqədar təsis edilib. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO