"Paşinyanın bu cür sərsəmlik, boşboğazlıq etməsi bizə sirr deyil. Onun əvvəl də belə gurultulu bəyanatları olub. Nikol Ermənistan hakimiyyətinə gələndə də səsləndirdiyi sərsəm fikirlərin heç birini həyata keçirtmədi.
Əgər Ermənistan hökumətinin və Hayıstan fondunun bu qədər pulları varsa, qoy öz ölkələrində xərcləsinlər. Qoy Ermənistan əhalisini yoxsulluq vəziyyətindən çıxartsınlar. Onların digər dövlətlərlə nə işi var?"
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Qarabağın bərpası üçün 200 milyon dollar ayırdı - Paşinyandan QƏRAR
Bu sözləri Bizim.Media ilə müsahibə zamanı politoloq Fikrət Sadıxov açıqladı.
Politoloq vurğuladı ki, Dağlıq Qarabağda yaşayan ermənilər "Azərbaycan vətəndaşlarıdır. Çünki onlar Azərbaycan torpağında yaşayırlar. Bu isə bütün dünyaya bəllidir. Hətta onların müttəfiqləri də Dağlıq Qarabağı əzəli Azərbaycan torpaqları kimi tanıyır. Paşinyan bu cür bəyanatlarla Arayiki sakitləşdirmək istəyirsə, o başqa məsələ.....
Hər halda Ermənistan baş nazirinin bu qərarı reallıqdan uzaqdır. Biz belə bir niyyətlərin reallaşmasına imkan vermərik. Azərbaycan buna qəti şəkildə yox deyəcək".
Fikrət Sadıxov açıqlamasının sonunda Paşinyanın Dağlıq Qarabağa yardım qərarını "fantastik uydurma" və ölkəmizi qıcıqlandırmaq yolunu tutduğunu söylədi:
“Biz artıq reallığı və praqmatik vəziyyəti yaxşı başa düşürük. Sadəcə Paşinyan başa düşmür. Görünür 44 günlük müharibə onun üçün dərs olmayıb.
Dərs olmayıbsa, hər an cavabını verə bilərik. Azərbaycanı qıcıqlandırmaq onun çoxdankı məqsədidir. Onun dəfələrlə Dağlıq Qarabağa getməsi, Qarabağ Ermənistandır deməsi, Cıdır düzündə rəqs etməsi və s. kimi addımları seriya kimi davam edir. Şübhə etmirəm ki, belə bir addımın mütləq qarşını alacağıq”.
Anar Rəhimov, Bizim.Media