Rusiyalı politoloq Sergey Markov İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsinin 20 illiyi münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, paylaşımında dövlət başçısının ölkənin inkişafında, o cümlədən Qarabağ probleminin həllində xidmətlərini sadalayıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
Qeyd edib ki, Azərbaycan lideri dünyanın ən mükəmməl ordularından birini, sabit iqtisadi artımı və sabit siyasi sistemi yaradıb.
Politoloq vurğulayıb ki, multikulturalizm Azərbaycanın rəsmi ideologiyasıdır:
“Bu ölkədə müxtəlif millətlər özlərini rahat hiss edirlər. Azərbaycan İslam dünyasının ən çox avropalaşan ölkəsidir”.
Bizim.Media