Ceyhun Bayramov Aİ-nin nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO  

Ceyhun Bayramov Aİ-nin nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO  

Hazırda oxunan: Ceyhun Bayramov Aİ-nin nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO  

159382

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşdə tərəflər Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə arasında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. 
Ceyhun Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb. 

Bu xüsusda, Ermənistan tərəfindən revanşizmə gətirə biləcək açıqlama və bəyanatların verilməsindən, ölkəmizə qarşı aparılan əsassız qarayaxma kampaniyasından çəkinməyin vacibliyi diqqətə çatdırılıb. 

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib. 

Həmçinin, erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı diqqətə çatdırılaraq BMT rəsmilərinin bölgəyə son səfərləri və səfər sonrası verilən açıqlamaların bunun bariz nümunəsi olduğu qeyd olunub. 

Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO