“Ermənilər Malıbəyli məscidindən tövlə kimi istifadə ediblər” - Prezident 

“Ermənilər Malıbəyli məscidindən tövlə kimi istifadə ediblər” - Prezident 

Hazırda oxunan: “Ermənilər Malıbəyli məscidindən tövlə kimi istifadə ediblər” - Prezident 

159218

Otuz illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLİR - YENİLƏNİB/FOTO/VİDEO


“Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”, - deyə Prezident İlham Əliyev müraciətində vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO