Qaribaşvili: “Azərbaycanın Ermənistanla sülh sazişini imzalayacağına böyük ümidimiz var”

Qaribaşvili: “Azərbaycanın Ermənistanla sülh sazişini imzalayacağına böyük ümidimiz var”

Hazırda oxunan: Qaribaşvili: “Azərbaycanın Ermənistanla sülh sazişini imzalayacağına böyük ümidimiz var”

158876

“Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. Gələcəyə baxışımız aydındır”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin və İrakli Qaribaşvilinin mətbuata bəyanatları - CANLI


İrakli Qaribaşvili deyib ki, əməkdaşlığımız uzunömürlü olacaq:

“Biz beynəlxalq məsələləri də müzakirə etdik. Hazırda vəziyyət gərgindir. Mən Prezident İlham Əliyevə bildirdim ki, Azərbaycanın hər zaman ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. İnanırıq ki, bölgəmizdə sülh xalqlarımızın rifahına xidmət edəcək. Gürcüstan bu gün də bu məsələdə vasitəçilik etməyə, dostluq formatı təqdim etməyə hazırdır. Cənubi Qafqazın hər iki ölkəsi məsələlərini həll etməlidir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO