Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” - VİDEO 

Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” - VİDEO 

Hazırda oxunan: Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” - VİDEO 

158516

“Ermənistan Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyıb. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı deyib.

Əsas məsələ Qarabağın statusu idi, hətta Ermənistan da onun müstəqilliyini tanımırdı”. 

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və biz nə edək: tanımırıq desək - bu, bir növ cəfəngiyyatdır”, - deyə Putin qeyd edib. 

Putin Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını mətbuatdan öyrəndiyini deyib:  

“O zaman bizə ayrıca məlumat verilməyib”. 

Putin əlavə edib ki, Rusiya Qarabağla bağlı bu vəziyyəti həll etmək üçün hüquqi mənada bütün imkanlarından istifadə edib. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO