Xəzərdə Azərbaycan-Qazaxıstan birgə təlimindən VİDEO 

Xəzərdə Azərbaycan-Qazaxıstan birgə təlimindən VİDEO 

Hazırda oxunan: Xəzərdə Azərbaycan-Qazaxıstan birgə təlimindən VİDEO 

158327

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib. 

"Xəzri-2023" birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. 

Qeyd edilib ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO