TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

Hazırda oxunan: TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

157473

“Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”.

Bizim.Media xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn ediləcək


“Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi – Qənirə Paşayevanı itirdik. Unutmayacağıq.

Ailəsinə və bütün Türk Dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun”, - Sultan Raev qeyd edib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO