Milli Məclisdən avropalı deputatların qərəzli bəyanatına cavab

Milli Məclisdən avropalı deputatların qərəzli bəyanatına cavab

Hazırda oxunan: Milli Məclisdən avropalı deputatların qərəzli bəyanatına cavab

15743

Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, bu sənədlə əlaqədar Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Bəyanatla çıxış edib.

Bəyanatda bildirilib  ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib.

Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən və Azərbaycan tərəfindən saxlanılan erməni sabotaj qrupunun üzvləri isə hərbi əsirlər hesab oluna bilməz və onlar Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar.

Saxlanılan bu şəxslərlə də beynəlxalq insan haqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.

Həmçinin, bəyanatda Ermənistan tərəfin Azərbaycana mina xəritələrini verməkdən imtina etməsi də AP məruzəçilrinin diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO